4 İyun 2015 14:48
569
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl hadisəsi törətməkdə təqsirli bilinən 1997-ci il təvəllüdlü Məhəmmədəli İmaməliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, Bakı şəhər sakini Məhəmməəli İmaməliyev ötən ilin dekabrın 15-də Yasamal rayonu, Şərifzadə küçəsində 1994-cü il təvəllüdlü Rəşad Məcidzadəni bıçaqlayaraq öldürüb.

Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası olub. Prosesdə onun anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı iyunun 8-nə təyin edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər