Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan Samir Eyyubovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Samir Eyyubov 7 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Samir Eyyubov Cinayət Məcəlləsinin 178.2.3-cü (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham edilib.
Hacı Zeynalov