Gəncə şəhərində fərdi itçilik təsərrüfatında əcnəbi şəxsin məcburi əməyə məruz qalması faktı aşkar edilib.
Teleqraf.com xəbər verir ki, faktın aşkar edilməsi ilə bağlı əməliyyatı Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi əməkdaşları keçirib.
Əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhər sakini, 1960-cı il təvəllüdlü, Neymət Əliyev sahibi olduğu Gəncə şəhərində yerləşən fərdi itçilik təsərrüfatında əcnəbi şəxsin məcburi əməyə məruz qalması faktı müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov