Balakən rayon kərpic zavodunda qətl hadisəsi törədən həbs edilib.
Teleqraf.com xəbər verir ki, iyunun 4-də zavodda fəhlə işləyən Anar Həmzətov qətlə yetirilib.
Cinayəti törədən Anar Ömərov həbs edilib. İstintaqa ifadə verən Anar Ömərov törətdiyi əməldən peşman olduğunu deyib. O, bildirib ki, mərhumla zarafat edib. Mərhumun zarafatla dediyi sözlərdən əsəbləşən Anar Ömərov bıçağa əl atıb.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov