Lənkəran Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi törətməkdə təqsirli bilinən Kürdəmir rayon sakini, 1971-ci il təvəllüdlü Baba Rzayinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Baba Rzayi 29 iyul 2014-cü il tarixdə, saat 01 radələrində sürücülük vəsiqəsi olmadan e idarə etdiyi “QAZ-2410” markalı avtomobillə Kürdəmir şəhərinin Babək küçəsində piyadalar – 1996-cı il təvəllüdlü Rəşadət Atayev və 1991-ci il təvəllüdlü Taleh Dəmirovu vurub.
Nəticədə Rəşadət Atayevə aldığı bədən xəsarətləri alaraq ölüb, Taleh Dəmirov isə müxtəlif dərəcəli bədən xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.
Qəzanı törədən sürücü hadisə zamanı həm sərxoş olub, həm də avtomobili yüksək sürətlə hərəkət etdiyi üçün qəzanın qarşısını ala bilməyib. O, Cinayət Məcəlləsinin 263-1.3-cü (yol hərəkəti qaydalarını sərxoş vəziyyətdə pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham edilib. Hakim Oruc Cəlilovun sədrliyi ilə keçirilən prosesdə təqsitrləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə Baba Rzayu 7 il müddətinə azadlıqdan məhrum edilib.
Hacı Zeynalov