Kürdə batan şəxsin cəsədi tapılıb.
Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, iyunun 3-də Kür çayının Hacıqabul rayonu ərazisindən keçən hissəsində batmış 1997-ci il təvəllüdlü Həsənov Vüqar Rövşən oğlunun cəsədi batdığı yerdən 300 metr aralıda xilasedicilər tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Əməliyyat saat 15:52-də başa çatıb.