7 İyun 2015 19:11
713
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda avtoxuliqanlıq edərək yol polisindən qaçmaq isdəyən sürücü qəza torədib.

Teleqraf.com Report-a istinadən xəbər verir ki, Yasamal rayonu 5 mərtəbə adlanan ərazidə yol polisi "BMW" markalı maşına saxlama işarəsi verib.

Lakin sürücü hərəkəti davam etdirərək yol polisindən qaçmağa çalışıb. Yasamal rayonu "Sovetski" adlanan ərazidə isə sürücü idarəetməni itirərək maşını yol kənarındakı tikilinin divarına çırpıb.

Hazırda qəza ilə bağlı araşdırma aparılır, sürücü isə izahatının alınması ücün polis bölməsinə aparılıb.


Müəllif: