8 İyun 2015 12:25
1 624
12 Punto 14 Punto 16 Punto 18 Punto

12:25

Ötən gecə Abşeron rayonunda törədilən dəhşətli qətlin bəzi təfərrüatları məlum olub. Teleqraf.com xəbər verir ki, Saray qəsəbəsi bələdiyyəsinin sədri, 39 yaşlı Vəsilə Həsənovanı və həyat yoldaşı Vəfadar Həsənov tanışları, Saray qəsəbə sakini, 1980-cı il təvəllüdlü Fədai Güloğlan oğlu Hüseynov tərəfindən qətlə yetirilib.

Torpaq və ev alqı-satqısı ilə məşğul olan F.Hüseynov Həsənovların evinə gələrək qətl törədib. O, öncə V.Həsənovu odlu silahla öldürüb, daha sona kəsici alətlə evin xanımının boğazını kəsib. Qətl hadisəsi azyaşlı uşaqların gözü qarşısında olub. Həsənovların 11 yaşlı oğlu və 8 yaşlı qızı var.

Həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində qətli törədən şəxsin Saray qəsəbə sakini, 1980-cı il təvəllüdlü Fədai Güloğlan oğlu Hüseynov olması müəyyən edilib və o saxlanılıb.

11:02

Azərbaycanın Abşeron rayonunda dəhşətli qətl törədilib.

APA-nın məlumatına görə, hadisə Saray qəsəbəsində qeydə alınıb. Qəsəbə bələdiyyəsinin sədri və onu həyat yoldaşı yaşadığı evdə qətlə yetirilib.

Baş vermiş hadisə ilə bağlı əməliyyat qrupu yaradılıb, cinayət işi başlanıb, istintaq gedir.


Müəllif:

Oxşar xəbərlər