Saray Bələıdiyyəsinin sədri və onun həyat yoldaşının xüsusi amansızlıqla qətlə yetirilməsi ilə bağlı cinayət işi başlanıb.
Bu barədə Teleqraf.com-a Abşeron rayon prokurorluğundan məlumat verilib.
Məlumata görə, Saray bələdiyyəsinin sədri, 1976-cı il təvəllüdlü Vəsilə Həsənovanın və həyat yoldaşı Vəfadar Həsənovun qətlə yetirilmasi faktı ilə bağlı istintaq hərəkətləri davam etdirilir.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb. hadisəninm baş verməsi ilə bağlı müvafiq ekspertiza tədbirləri görülür.
Həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində qətli törədən şəxsin Laçın rayonunda anadan olmuş Saray qəsəbə sakini, 1980-cı il təvəllüdlü Fədai Hüseynov olması müəyyən edilib. O, şübhəli şəxs qismində saxlanılıb.
Qeyd edək ki, Saray qəsəbəsi bələdiyyəsinin sədri, 39 yaşlı Vəsilə Həsənovanı və həyat yoldaşı Vəfadar Həsənov ötən gecə qətlə yetirilib. Onları tanışları, Saray qəsəbə sakini, 1980-cı il təvəllüdlü Fədai Güloğlan oğlu Hüseynov öldürüb.
Torpaq və ev alqı-satqısı ilə məşğul olan Fədai Hüseynov Həsənovların evinə gələrək qətl törədib. O, öncə Vəfadar Həsənovu odlu silahla öldürüb, daha sona kəsici alətlə evin xanımının boğazını kəsib.
Qətl hadisəsi azyaşlı uşaqların gözü qarşısında olub. Həsənovların 11 yaşlı oğlu və 8 yaşlı qızı var.
Hacı Zeynalov