8 İyun 2015 18:19
605
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində evdən 30 min manat oğurlamaqda təqsirli bilinən Vəli Allahverdiyev, Xəyal Məmmədov və Sadiq Bayramovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, Sabunçu Rayon Polis İdarəsinin 14-cü polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri Vəli Allahverdiyev, Xəyal Məmmədov və Sadiq Bayramov tutulublar.

Onlar ötən ilin noyabrın 22-də Zahidə Həsənovanın evindən quldurluq yolu ilə 5000 manat və 5500 ABŞ dolları, habelə 15000 manat dəyərində qızıl əşyalar aparıblar.

Cinayət işi hakim Faiq Qəniyevin sədrliyi ilə araşdırılır.

Hacı Zeynalov


Müəllif: