8 İyun 2015 17:48
689
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Nərimanov Rayon Məhkəməsində qadağan olunmuş dini ədəbiyyatlar yaymaqda ittiham olunan “vəhhabi” təriqətindən olan Mübariz Qarayev və Azad Qafarovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 167-2.1-ci (qadağan olunmuş dini ədəbiyyat yaymaq) maddəsi ilə ittiham edilirlər. Onlar Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən həbs ediliblər.

Cinayət işi hakim Turqay Hüseynovun sədrliyi ilə keçirilən prosesdə araşdırılır.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər