9 İyun 2015 16:07
580
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt Apelyasiya Məhkəməsində Xaçmaz rayon sakini, 1996-cı il təvəllüdlü Əlihüseyn Fətullayevin apelyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, qətl ötən ilin noyabrın 11-də Xaçmaz şəhərindəki 92 saylı texniki peşə liseyinin qarşısında qeydə alınıb.

Bir-biri ilə qonşuluqda yaşayan 19 yaşlı Əlihüseyn Fətullayev mübahisə zəminində 21 yaşlı Polad Nəbiyevi bıçaqla qətlə yetirib. Xaçmaz rayon prokurorluğunun və polis şöbəsinin birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisədə təqsirli bilinən Əlihüseyn Fətullayev şübhəli şəxs kimi saxlanılıb.

Onu da qeyd edək ki, Əlihüseyn Fətullayev bir müddət əvvəl nənəsinin evindən oğurluq etdiyi üçün cinayət məsuliyyətinə cəlb olunub, ancaq sonradan şərti cəza ilə azadlığa buraxılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əlihüseyn Fətullayev 13 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Əlihüseyn Fətullayev apelyasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini istəyib.

Hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin apelyasiya şikayəti üzrə ilkin baxış iclası olub. Prosesdə Əlihüseyn Fətullayevin anket məlumatları dəqiqləşdirilib və daha sonra apelyasiya şikayətinin dəlilləri müəyyən edilib.

Məhkəmənin baxış iclası iyunun 23-nə təyin edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər