Göyçay Rayon Məhkəməsində yol nəqliyyat hadisəsi törətməkdə təqsirli bilinən Ucar rayon sakini, 1994-cü il təvəllüdlü Qəzənfər Əmirovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, hakim Elxan Babayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Qəzənfər Əmirov Qəzənfər Əmirov 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Məhkəmə Qəzənfər Əmirovun cəzasını məntəqə tipli cəzаçəkmə müəssisəsində çəkməsi barədə qərar qəbul edib.
Qəzənfər Əmirov Cinayət Məcəlləsinin 263.1-1-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə ittiham edilib.
Hacı Zeynalov