10 İyun 2015 14:11
1 725
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində cibgirliklə məşğul olan Rəhilə İsmayılova, Məleykə Şamilova, Nətavan Şamilova, Mətanət Şamilova və Məcid Şamilovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, təqsirləndirilən şəxslər Səbail rayonu Zərifə Əliyeva küçəsində saxlanılıblar. Yaxalanan şəxslərin üzərilərinə baxış keçirilərkən Məcid Şamilovdan 3,75 qram, Rəhilə İsmayılovadan isə 3,93 qram həşiş qətranı aşkar olunaraq götürülüb.

Araşdırmalar zamanı məlum olub ki, onlar sentyabrın 24-də 11 saylı xətt avtobusunda Bakı şəhər sakini Gülüzə Abışovanın içərisində 40 manat və 6 ədəd bankomat kartı olan pul kisəsini əl çantasından oğurlayıblar.

Qeyd edək ki, yaxalanan arasında olan 60 Rahilə İsmayılova Sumqayıt və Bakıda çoxsaylı oğurluq və cibgirlik əməllərində şübhəli bilinir. O, “oğru” aləmində “Qara Rahilə” kimi tanınır. Rəhilə İsmayılov əvvəllər də cibgirlik və narkotik maddə saxladığına görə 10 dəfədən artıq məhkumluq həyatı yaşayıb. Rəhilə İsmayılovanın və onunla birgə yaxalanmış şəxslərin əməlindən ziyan çəkənlərin sayının xeyli çox olub.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Daha sonra Məleykə Şamilova bildirib ki, 60 ildir Sumqayıt şəhərində yaşayır və onun bu cinayətlərdən xəbəri olmayıb: “Məni həbs edən polislərin bura çağırılmasını tələb edirəm. Məni və ailəmi həbs ediblər. Bizi kriminal ailə kimi cəmiyyətə təqdim edirlər. 120 manat pensiya alıram, mən nə etməli idim? Bir “kaşloka” görə məni həbs ediblər. İşimə düzgün baxılmasını istəyirəm”.

Məleykə Şamilova əlavə edib ki, bundan əvvəl də üç dəfə məhkum olunub: “Bizim ailə də heç kimi qoymayıblar, hamısını həbs ediblər. Bir 80 yaşlı kişini həbs etməyiblər. Gəlinim də uşaqlı olduğu üçün zamində saxlanılır. Uşaqların evdə yanında qoymağa adam tapmayıb. Azyaşlı uşaqları ilə birlikdə gəlinim məhkəməyə gəlməyə məcbur olub”.

Rəhilə İsmayılova isə bildirib ki, onun ümumiyyətlə orta təhsili belə olmayıb. O, qeyd edib ki, əvvəllər bir dəfə məhkum olunub və 2 il müddətinə azadlıqdan məhrum edilib.

Daha sonra prokuror Fərid Nağıyev çıxış edərək bildirib ki, ona cinayət işi ilə tanış olması üçün vaxt lazımdır. Buna görə də məhkəmənin hazırlıq iclasının davamı iyunun 18-dək təxirə salınıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər