10 İyun 2015 14:52
3 054
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş həyat yoldaşını amansızlıqla qətlə yetirməkdə təqsirli bilinən 1989-cu il təvəllüdlü Elşən Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, hakim Əlisoltan Osmanovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib. İttihama görə, Elşən Mehdiyev keçmiş həyat yoldaşı, 1992-ci il təvəllüdlü İntima Salmanovanı qətlə yetirib.

Elşən Mehdiyevlə İntima Salmanova bir müddət əvvəl boşanıblar və qadın atasının evinə gedib. Ötən gün isə hələlik məlum olmayan səbəbdən ər və arvad görüşüb. Onlar “Zığ bağları” massivindəki kimsəsiz evlərdən birinə gediblər. Orada Elşən Mehdiyev və İntima Salmanova arasında mübahisə yaranıb. Kişi keçmiş həyat yoldaşına bir neçə bıçaq zərbəsi vurub, öldüyünü düşünərək evi tərk edib. Lakin bir qədər sonra yaralı qadın da küçəyə çıxıb.

İntima Salmanovanın ölmədiyini görən Elşən Mehdiyev geri qayıdıb və elə küçədəcə qadını boğub. Nəticədə 22 yaşlı qadın dünyasını dəyişib. Hadisəni törədən Elşən Mehdiyev Suraxanı Rayon Polis İdarəsinə gedərək, könüllü təslim olub.

Elşən Mehdiyev ona qarşı verilən ittihamlar üzrə özünü təqsirli bilib. O, qeyd edib ki, həyat yoldaşını başqası ilə gəzdiyini bilib və buna görə də qətlə yetirib.

Daha sonra məhkəmə prosesi qeyri- müəyyən vaxta qədər təxirə salınıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər