Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində bıçaqlanma hadisəsi törətməkdə şübhəli bilinən Cəlilabad rayon sakini, 1994-cü il təvəllüdlü Yelmar Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Xəzər Rayon Polis İdarəsi 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Yelmar Quliyev tutulub. O, ötən ilin noyabrın 11-də Mərdəkan qəsəbəsində Cəlilabad rayon sakini Ceyhun İbrahimovu bıçaqlayıb.
Hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə Yelmar Quliyev Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə təqsirli bilinib və 6 il müddətinə azadlıqdan məhrum edilib.
Hacı Zeynalov