Tovuz rayonunda intihar hadisəsi baş verib. Teleqraf.com xəbər verir ki, rayon sakini, 1997-ci il təvəllüdlü Aytən Nəzərova intihar edib.
Aytən Nəzərova özünü rayonun mərkəzində yerləşən körpüdən atıb. 18 yaşlı qızı xəstəxanaya çatdırsalar da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Tovuz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov