12 İyun 2015 12:26
838
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan Cahangir Abbasovun cinayət işi üzrə məhkəmə başa çatıb.

Teleqraf.com xəbər verir ki, hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin apelyasiya şikayəti qismən təmin edilib. Məhkəmə onun cəzasını 3 ilə endirib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cahangir Abbasov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Cahangir Abbasov Cinayət Məcəlləsinin dələduzluq (178-ci) maddəsi ilə ittiham edilib. O, Binəqədi Rayon Polis İdarəsinin cinayət-axtarış şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həbs olunub.

İttihama görə, Cahangir Abbasov 3 nəfəri işə düzəltmək adı ilə aldadaraq külli miqdarda pulunu mənimsəyib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər