12 İyun 2015 17:08
703
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncədə xəsarətlə nəticələnən yol nəqliyyat hadisəsi qeydə alınıb.

Teleqraf.com xəbər verir ki, “VAZ 21011” markalı avtomobillə “QAZ 31” markalı maşın toqquşub.

Nəticədə Gəncə şəhər sakinləri, 92 yaşlı Sənubər Allahverdiyeva və 38 yaşlı Tamella Tağıyeva bədən xəsarət alıblar. Onlar Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: