Bakıda döyüş sursatı tapılıb.
Teleqraf.com-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Binəqədi rayonunda döyüş sursatı aşkarlanıb.
Dərhal FHN-in müvafiq qurumlarının mütəxəssisləri və xilasediciləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib və aşkarlanmış sursata baxış keçiriblər.
Müəyyən olunub ki, bu, partladıcısı olmayan, istifadəyə yararsız 2 ədəd F-1 markalı əl qumbarası və 2 ədəd UZRQM partladıcısıdır. Aşkar edilmiş hərbi sursatlar aidiyyəti üzrə təhvil verilib. Xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə əraziyə əlavə baxış keçirib və digər növ şübhəli əşya aşkar etməyiblər.