16 İyun 2015 13:27
1 119
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində insan alverində təqsirləndirilən Vəfa Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, Vəfa Məmmədova Cinayət Məcəlləsinin 144-1-ci (insan alveri) maddəsinə əsasən ittiham edilir. Hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Cinayət işi hakim Cavid Hüseynovun sədrlik etdiyi kollegiyada araşdırılır.

Məhkəmə baxışı iyunun 19-na təyin edilib.

Vəfa Məmmədova prodüser olub. Vəfa əməkdar artist Nüşabə Ələsgərli, Nazənin, Mənzurə Musayevanın prodüserliyini edib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər