Sumqayıtda 1 nəfər intihar etmək məqsədilə dənizə tullanıb.
Teleqraf.com-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, bu barədə Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat daxil olub.
Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Dalğıc-xilasedicilər tərəfindən vətəndaş dənizindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib, intihara cəhdin qarşısı alınıb.