16 İyun 2015 19:35
586
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” Gömrük Postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan Respublikası vətəndaşı Hacıyev Azər Ağasəlim oğlu saxlanılıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Hacıyev Azər Ağasəlim oğlunun üzərində aparılan şəxsi yoxlama zamanı onun daxili orqanı - düz bağırsağından 2 ədəd ayrı-ayrı bükümlərdə, 1 ədəd bükümdə xalis çəkisi 0,764 qram olan narkotik vasitə - tiryək, digər bükümdə isə xalis çəkisi 8,864 qram olan narkotik vasitə - heroin aşkar edilərək götürülüb.

Naibə QURBANOVA


Müəllif: