25 May 2014 19:14
1 000
12 Punto 14 Punto 16 Punto 18 Punto

Binəqədi-Novxanı yolunda 3 avtomobil toqquşub.

Novxanı-Binəqədi avtomobil yolunda 3 nəqliyyat vasitəsi toqquşub.

Qəzanı törədən Binəqədidən Novxanı istiqamətinə gedən "Hundai" markali 90 EF 040 nömrə nişanlı avtomobilin sürücü olub. O, əks istiqamətdən gələn 99 DM 103 nömrə nişanlı "Mercedes" markalı avtomobilin yoluna çıxaraq qəza törədib.

"Mercedes"in sürücüsü idarəetməni itırərək arxadan gələn 90 LM 784 nömrə nişanlı "Pajero" markalı avtomobilə çırpılıb.

"Pajero"nun sürücüsü Əsəd Dadaşov deyir ki, "O gəldi "Mercedes"in yoluna çıxdı, mən də arxadan gəlirdim, nə qədər qaçırsam da "Mercedes" də gəlib mənə dəydi".

Xoşbəxtlikdən qəza nəticəsində xəsarət alan olmayıb.

Hazırda baş vermiş yol nəqliyyat hadisəsi ilə bağli araşdırma aparılır./ans/


Müəllif: