18 İyun 2015 20:34
837
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmə və israf etməkdə təqsirli bilinən Tovuz rayon sakini, 1985-ci il təvəllüdlü Əli İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Əli İsmayılov vətəndaşların etibarından sui-istifadə edərək əmlakını mənimsəməkdə təqsirləndirilir. Bir müddət axtarışda olan Əli İsmayılov polis əməkdaşları tərəfindən tutulub.
Hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Əli İsmayılovun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib və o, şərti cəza alaraq azadlığa buraxılıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər