Bakıda bir nəfərin intihar etməsinin qarşısı alınıb.
Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, Dövlət Sularda Xilasetmə Xidmətindən daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 1000 metr sola, nəzarətsiz ərazidə) bir nəfər intihar etmək məqsədilə özünü dənizə atıb.
Həmin şəxs dalğıc-xilasedicilər tərəfindən xilas edilib. Əməliyyat gecə saatlarında başa çatıb.