Gəncə Apelyasiya Məhkəməsində Goranboy rayonunda ailəsinin 8 üzvünü qətlə yetirməkdə təqsirləndirilən Rafiq Hüseynov məhkəmə hökmündən verdiyi apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, hakim Bədəl Əliyevin sədrliyi ilə keçirilən prosesdə Rafiq Hüseynovun apelyasiya şikayəti üzrə qərar elan edilib. Qərara görə, Rafiq Hüseynovun apelyasiya şikayəti təmin edilməyib.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rafiq Hüseynov ömürlük azadlıqdan məhrum edilib.
Qeyd edək ki, ötən il oktyabrın 1-də saat 05 radələrində Goranboy rayonunun Səfikürd kəndində Diləzbər Məmmədovanın yaşadığı evə gələn kürəkəni Rafiq Hüseynov ailə-məişət münaqişəsi zəminində ov tüfəngindən və əl qumbarasından istifadə edərək arvadı 1958-ci il təvəllüdlü Diləzbər Alı qızı Məmmədova, 1983-cü il təvəllüdlü Fərqanə Allahyar qızı Məmmədova, 1951-ci il təvəllüdlü Ofelya İsa qızı Məmmədova, 1963-cü il təvəllüdlü Həvayət Xanlar qızı Məmmədova, 1984-cü il təvəllüdlü Südabə Allahyar qızı Hüseynova, 1989-cu il təvəllüdlü Namiq Allahyar oğlu Məmmədov və 2011-ci il təvəllüdlü İsa Elvin oğlu Məmmədov və Günel Məmmədovanı qətlə yetirib.
Xatırladaq ki, mərhum Südabə Rafiq Hüseynovun həyat yoldaşı, digərləri isə onun həyat yoldaşlının ailə üzvləridir.
Hadisədən bir ay sonra, yəni noyabrın 3-də Rafiq Hüseynovun qardaşı, 1984-cü il təvəllüdlü Afiq Hüseynov özünü asaraq öıüb. Afiq Hüseynovun atası Müzəffər Hüseynov isə həmin gün infarkt keçirərək vəfat edib.
Hacı Zeynalov