Bakı Apelyasiya Məhkəməsində qəsdən adam öldürməkdə təqsirli bilinən Famil Zamanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Bakı şəhər sakini Məzahir Novruzov Suraxanı rayonu ərazisində yaşadığı evində ölmüş vəziyyətdə tapılıb.
Məlum olub ki, Məzahir Novruzovun döyülərək öldürülüb. Əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini Famil Zamanov tutulub. Famil Zamanov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Famil Zamanov 10 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxs apelyasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini istəyib.
Hakim Vüqar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin apelyasiya şikayəti üzrə qərar elan edilib. Qərara görə, Famil Zamanovun apelyasiya şikayəti təmin edilməyib.
Hacı Zeynalov