25 İyun 2015 16:58
521
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ali Məhkəmədə özünü hüquq müdafiəçisi kimi təqdim edərək dələduzluq etməkdə təqsirli bilinən Rasim Əlizadənin apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com-un xəbərinə görə, hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilən prosesdə Rasim Əlizadənin Bakı Apelyasiya Məhkəməsinin ilkin baxış iclasının qərarından verdiyi kasasiya şikayəti üzrə qərar elan edilib. Qərara görə, Rasim Əlizadənin kasasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, Bakı Apelyasiya Məhkəməsində, hakim Vüqar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə Rasim Əlizadənin barəsində çıxarılan hökm ləğv edilib və cinayət işi yenidən araşdırılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə qaytarılıb. Məhkəmənin qərarından narazı qalan Rasim Əlizadə kasasiya şikayəti verərək, barəsində olan cinayət işinə bəraət verilməsi barədə şikayətinə apelyasiya instansiyasında baxılmalıdır.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rasim Əlizadə 7 il müddətinə azadlıqdan məhrum edilmişdi. O, apelyasiya şikayəti verərək barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Rasim Əlizadə Astara rayonunda bir vətəndaşı həbsdən azad etdirmək adı ilə onun ailəsindən 15 min manat alaraq dələduzluq edib. Rasim Əlizadənin barəsində Cinayət Məcəlləsinin 178.2.3-cü (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər