Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.
Gəncə Şəhər Baş Polis İdarəsindən Teleqraf.com-a verilən məlumata görə, Gəncə şəhər sakini, 1981-ci il təvəllüdlü Rəşad Bayramov bıçaqlanıb.
O, çoxsaylı bıçaq xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün Rəşad Bayramovun həyatını xilas etmək mümkün olub. Onu bıçaqlayan şəxsin müəyyən edilərək tutulması istiqamətində əməliyyat tədbirləri keçirilir.
Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov