1 İyul 2015 15:25
836
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Apelyasiya Məhkəməsində iki nəfərin ölümü, 6 nəfərin yaralanması ilə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Elçin Kazımovun barəsində verilmiş apelyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, yol- nəqliyyat hadisəsi keçən il avqustun 14-də Sabunçu qəsəbəsinin ərazisində baş verib. Bakı şəhər sakini Elçin Kazımov idarə etdiyi “İsuzu” markalı avtobusu yolun kənarındakı dəmir hasara vurub.

Elçin Kazımovun sərnişinlərindən - Saatlı rayon sakini Haqverdi Kərimov və Laçın rayon sakini İlqar İmanov hadisə yerində ölüb, digər 6 sərnişinə xəstəxanada ilkin tibbi yardım göstərilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elçin Kazımov 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Elçin Kazımov apelyasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini istəyib. Həmçinin Baş Prokurorluqda onun cəzasının ağırlaşdırılması barədə apelyasiya protesti verib.
Hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə Elçin Kazımovun anket məlumatları dəqiqləşdirilib. Daha sonra tərəflərin şikayətinin dəlilləri müəyyən edilib. Məhkəmənin baxış iclası iyulun 6-na təyin edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər