Bakının Qaradağ rayonunda faciəli hadisə baş verib.
Qaradağ rayon Prokurorluğundan Teleqraf.com-a verilən məlumata görə, hadisə rayon ərazisində çimərlikdə baş verib.
Məlumata görə, 2 nəfərin dənizdə çimərkən suda boğulub. Hazırda onların meyitlərinin tapılması üçün tədbirlər görülür.
Oxşar hadisə Pirşağı çimərliyində də qeydə alınıb. 1988-ci il təvəllüdlü Seymur Əliyev dənizdə çimərkən boğularaq ölüb. Mərhumun meyiti tapılaraq ailəsinə təhvil verilib.
Hacı Zeynalov