2 İyul 2015 16:41
743
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Apelyasiya Məhkəməsində xüsusi amanszılıqla adam öldürməkdə təqsirli bilinən 1998-ci il təvəllüdlü Anar Səlimovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, ötən il, dekabrın 26-da Suraxanı rayonunda, “Aura” şadlıq sarayının yaxınlığındakı 9 mərtəbəli binanın qarşısında 15 yaşlı Anar Səlimov 24 yaşlı Nazim Həşimovu bıçaqlayaraq öldürüb. Öldürülən 24 yaşlı Nazim Həşimov binanın altında yerləşən internet klubdan cıxarkən 15 yaşlı Anar Səlimovla təsadüfən toqquşub.


Mərhum yeniyetmənin ona yol verməməsinə irad tutub. Buna görə də onların arasında mübahisə olub. Bu zaman Anar özündən böyük qardaşını cağıraraq Nazim Həşımovu döyüblər. Nazimin də öz qardaşına zəng etdiyini görən 15 yaşlı oğlan bıçaqla ona 3 zərbə endirib.


Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Anar Səlimov 10 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Anar Səlimov apelyasiya şikayəti verərək, barəsində daha yüngül cəzanın təyin edilməsini xahiş edib.


Hakim Qail Məmmədovun sədrliyi ilə keçirilən ilkin baxış iclasında Anar Səlimovun apelyasiya şikayəti təmin edilməyib.

Hacı Zeynalov


Müəllif: