2 İyul 2015 16:48
727
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sevgilisinin qardaşını qətlə yetirməkdə təqsirli bilinən Rasim Mustafayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu ilin fevralın 16-da saat 19:10 radələrində Səbail rayonu, Bibiheybət qəsəbəsində 1991-ci il təvəllüdlü Elvin Hüseynlini qətlə yetirilib, və onun bacısı 1982-ci il təvəllüdlü Türkan Hüseynliyə ağır bədən xəsarəti yetirilib.

Cinayəti sərxoş vəziyyətdə Bakı şəhər sakini, 1981-ci il təvəllüdlü Rasim Təmraz oğlu Mustafayev törətməsi müəyyən edilib.

Araşdırmalar zamanı məlum olub ki, hadisəni Türkan Hüseynovanın tanışı, 1981-ci il təvəllüdlü Rasim Mustafayev törədib. Evdə heç kim olmadığı zaman Rasim Türkanın yaşadığı mənzilə gələrək orada gizlənib.

Hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Rasim Mustafayev 19 il müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər