Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluq etməkdə təqsirli bilinən 1989-cu il təvəllüdlü Məhiyəddin Fətullayev və Elvin Əsədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Qaradağ rayonunda yerləşən ticarət mərkəzinin dayanacağında Bərdə rayon sakini Rəhim Əsədova məxsus “Mercedes” markalı avtobusdan 15 min manat dəyərində geyim əşyaları oğurlanıb.
Keçirilmiş əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən 1989-cu il təvəllüdlü Məhiyəddin Fətullayev və Elvin Əsədov saxlanılıblar.
Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə Elvin Əsədov 10 il, Məhiyyəddin Fətullayev 6 il müddətinə azadlıqdan məhrum ediliblər.
Hacı Zeynalov