3 İyul 2015 13:29
869
12 Punto 14 Punto 16 Punto 18 Punto

Astarada 27 yaşlı gənc su anbarında boğulub.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, FHN-nin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Astara rayonu ərazisində yerləşən, Lövayin su anbarının ərazisində, ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 50 km aralı, nəzarətsiz ərazidə 1988-ci il təvəllüdlü, Nəhlətov Polad Orucəli oğlu suda batıb.

P.Nəhlətovun cəsədi FHN-nin dalğıc axtarış qrupu tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 11:47-də başa çatıb.


Müəllif:

Oxşar xəbərlər