3 İyul 2015 17:26
839
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt Apelyasiya Məhkəməsində narkotik vasitələrin istifadə etməsində təqsirli bilinərək həbs olunan Siyəzən rayon sakini, 1979-cu il təvəllüdlü Rəşad Abdulovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Rəşad Abdulov 0,193 qram narkotik vasitə olan heroin əldə edərək, üzərində saxlayıb. Bu ilin yanvarın 7-də Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Şirvan yaşayış massivi 3 nömrəli avtobus dayanacağının yaxınlığında Rəşad Abdulov Sumqayıt şəhər Polis İdarəsinin 2-ci polis bölməsinin əməkdaşları tərəfindən həbs edilib.

Rəşad Abdulov Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə ittiham edilib. Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə o, 1 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Rəşad Abdulov apelyasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini xahiş edib. Hakim Mübariz Zeynalovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, Rəşad Abdulovun apelyasiya şikayəti təmin edilməyib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər