Şəkidə 26 yaşlı gənc bıçaqlanıb. Hüquq-mühafizə orqanlarından APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, Şəki şəhəri Heydər Əliyev prospekti 25 ünvanında yaşayan 1989-cu il təvəllüdlü, Tərlan Ramiz oğlu Əliyev bıçaqlanma xəsarəti ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) daxil olub.
Şəki RMX-dan APA-ya verilən məlumata görə, 26 yaşlı Tərlan Əliyevə qarın boşluğunun daxilə nüfuz edən deşilmiş və kəsilmiş bıçaq yarası diaqnozu qoyulub. Hazırda Tərlən Əliyevin üzərində cərrahiyə əməliyyatı aparılır, vəziyyəti orta-ağır qiymətləndirilir.
Şəki Şəhər-Rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə Şəki şəhəri ərazisində qeydə alınıb, Tərlan Əliyev hələ ki istintaqa məlum olmayan şəxs tərəfindən bıçaqlanıb.
Faktla bağlı Şəki ŞRPŞ-də araşdırma aparılır.