6 İyul 2015 12:06
736
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tovuz rayonunda baş vermiş ağır qəzada yaşyarımlıq uşaq ölüb, 4 nəfər isə ağır yaralanıb.

Tovuz rayon Polis Şöbəsindən Publika.az-ın Qərb bürosuna verilən məlumata görə, hadisə iyulun 5-də axsam saatlarında rayonun Yolunbulaq kəndi ərazisində qeydə alınıb. Tovuzdakı nişan mərasimindən Gədəbəyə qayıdan ailə “UAZ” markalı avtomobillə təxminən 40 metr hündürlükdən dərəyə yuvarlanıb. Qəza nəticəsində avtomobildə olan 2014-cü il təvəllüdlü Elnur Alıyev hadisə yerindəcə ölüb. 4 nəfər isə ağır yaralanaraq Tovuz rayon Mərkəzi xəstəxanasına yerləşdirilib. Xəstəxanadan bildirildi ki, yaralıların vəziyyəti ağırdır.

Baş vermiş hadisə ilə bağlı Tovuz rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2 (nəqliyyatda ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb. Qəzanın hansı səbəbdən baş verdiyi isə aparılan araşdırmalardan sonra məlum olacaq.


Müəllif: