6 İyul 2015 17:47
554
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda sürücünün ölməsi ilə nəticələnən yol qəzası baş verib.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Xəzər rayonunda "Lada" markalı minik avtomobili ilə "BMC" markalı yük avtomobili toqquşub.

Nəticədə “Lada” markalı minik avtomobili deformasiyaya uğrayıb, sürücüsü 1950-ci il təvəllüdlü Şabanov Eldar Sultan oğlu hadisə yerində vəfat edib.

Xilasedicilər cəsədi avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.


Müəllif: