Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən İltifat Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, məhkəmənin hökmü ilə İltifat Əliyev 9 il müddətinə azadlıqdan məhrum edilib.
İltifat Əliyev dələduzluq yolu ilə vətəndaşların pullarını mənimsəyib. O, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsinə əsasən ittiham olunub.
Hacı Zeynalov