7 İyul 2015 20:46
932
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ekologiya və Təbi Sərvətlər Nazirliyinin Zaqatala Dövlət Təbiət Qoruğunun və Balakən rayon polis şöbəsinin əməkdaşları tərəfindən Zaqatala Dövlət Təbiət Qoruğunun ərazisində reyd keçirilib.

Teleqraf.com xəbər verir ki, reyd zamanı qoruğun Axkimal sahəsinin 7 saylı dolayının 115 nömrəli kvartalında ölçüsü 7x8 metr olan sahədə narkotik xassəli çətənə bitkisi olduğu güman edilən bitki aşkar edilib.

Faktla bağlı akt tərtib olunaraq ərazi nəzarətə götürülüb və sözügedən sahəyə foto-video tələ yerləşdirilib.
İyulun 3–də əldə edilən video görüntülər nəticəsində ərazidə bir nəfər şübhəli şəxs saxlanılıb.

Qanun pozucusunun şəxsiyyətinin müəyyən olunması və barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün Zaqatala Dövlət Təbiət Qoruğu tərəfindən Balakən rayon polis şöbəsinə müraciət edilib. Faktla bağlı istintaq tədbirləri aparılır.

Zaqatala Dövlət Təbiət Qoruğunun ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində narkotik xassəli bitkilərin qanunsuz əkildiyi və yabanı halda bitdiyi yerlərin müəyyən edilməsi istiqamətində reydlər davam etdirilir.

İLHAMƏ


Müəllif:

Oxşar xəbərlər