Azərbaycanda kütləvi zəhərlənmə hadisəsi baş verib.
ANS PRESS-in əldə etdiyi məlumata görə, hadisə Zaqatala rayonunda, Çobankol kəndində olub.
Musayevlər ailəsinin 8 üzvü bu gecə saat 02:30 radələrində Zaqatala Rayon Mərkəzi Xəstəxanasının İnfeksiyon Xəstəliklər şöbəsinə yerləşdiriliblər.
Şöbədən ANS PRESS-ə verilən məlumata görə, araşdırma nəticəsində məlum olub ki, ailə yedikləri qarpızdan zəhərlənib. Şöbə müdiri Şamil Xaldayevin sözlərinə görə, ailə üzvləri iftar açarkən gün altında qalan qarpız yeyiblər və bunun nəticəsində də zəhərləniblər.
"Zəhərlənənlər arasında daha 2 nəfər olub. Lakin onlar ilkin yardımdan sonra ambulator müalicə üçün evə buraxılıblar. Bunlar Musayeva Pəri və Musayeva Nəzir olub.
Zəhərlənənlər aşağıdakılardır:
Sirac Musayev - 2014-cü il təvəllüd
Günel Musayeva - 2001-ci il təvəllüd
Gülbikə Musayeva - 1999-cu il təvəllüd
Təbrik Merhan qızı Musayeva - 1980-cı il təvəllüd
Mustafa Nəzirməmməd oğlu Musayev - 1976-cı il təvəllüdlü
Pəri Qurban qızı Musayeva - 1952-ci il təvəllüdlü
Hazırda zəhərlənənlərin vəziyyəti normaldır.
Qeyd edək ki, bu, Zaqatalada yay mövsümü başlayandan ilk belə haldır.