26 May 2014 18:25
829
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Ağır Cinayətlər Məhkəməsində xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd edən Elşad Rəhimovun cinayət işi üzrə məhkəmə başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, təqsirləndirilən şəxs ötən ilin noyabrın 27-də Yasamal rayonu, F.Ağayev küçəsində Bakı şəhər sakini Sərraf Mürsəlov bıçaqlayıb. Vaxtında xəstəxanaya çatdırılan Sərraf Mürsəlovun həyatını xilas etmək mümkün olub.


Cinayəti törədən Bakı şəhər sakini Elşad Rəhimov həbs edilib.

Hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə Elşad Rəhimov 12 il müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov


Müəllif: