Bakının Nəsimi rayonunda dilənçilərə qarşı əməliyyat keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, əməliyyatı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları keçirib.
Məlumata görə, polis tərəfindən rayon ərazisində avaralıq və dilənçiliklə məşğul olan 11 nəfər saxlanılıb. Saxlanıların barəsində müvafiq tədbir görülüb.
Hacı Zeynalov