8 İyul 2015 15:49
4 909
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Mətanət Əsədova “Nida” Gənclər Hərəkətinin keçmiş üzvü Elsevər Mürsəllini məhkəməyə verib.

Bu barədə Teleqraf.com-a Mətanət Əsədovanın vəkili Ceyhun Yusifov məlumat verib.

Ceyhun Yusifov bildirib ki, Elsevər Mürsəlli bəzi internet saytlarında Mətanət Əsədovanın ünvanın təhriqedici ifadələr işlədib: “Bu səbəbdən Elsevər Mürsəllinin həbs edilməsi üçün Nəsimi Rayon Məhkəməsinə iddia ərizəsi təqdim etmişik. Iddia ərizəsində Elsevər Mürsəllinin barəsində Cinayət Məcəlləsinin 148-ci (təhqir) maddəsi ilə cinayət işinin başlanması və həbs edilməsini istəyirik”.

Ceyhun Yusifov həmçinin bildirib ki, Elsevər Mürsəllinin yazısını yayan internet saytlarının da mülki icraat qaydasında cəzalandırılması üçün müzakirə aparılır.

Qeyd edək ki, iyunun 30-da “Space” televiziyasında efirə yayımlanan “Günaydın” verilişində yazar Əziz Musaoğlu ilə müğənni Mətanət Əsədova arasında qalmaqal baş verib. Verilişdə qonaqlar bir-birinin ünvanına söyüşlər səsləndiriblər.

Mətanət Əsədova yazıçı tərəfindən təhqir olunduğunu iddia edib. O, yazıçını məhkəməyə verib və 100 min manat təzminat ödəməsini tələb edib. Bundan sonra Elsevər Mürsəlli sosial şəbəkədə Mətanət Əsədovanın ünvanına xoşa gəlməz ifadələr işlədib. Bu ifadələr isə bəzi saytlar tərəfindən yayılıb.

Hacı Zeynalov


Müəllif: