Bakının Nəsimi rayonunda mağazadan oğurluğa cəhd edilib.
Nəsimi Rayon Polis İdarəsindən Teleqraf.com-a verilən məlumata görə, hadisə iyulun 7-də rayon ərazisində baş verib.
Bakı şəhər sakini Anar Əhmədova məxsus mağazadan şüşəni sındıraraq ə oğurluğa cəhd edilib. Lakin mağazanın siqnalizasiyası işə düşdüyü üçün oğurluq hadisəsi başa çatdırıla bilməyib. Cinayəti törədən hadisə yerindən qaçsa da, 19-cu polis bölməsinin əməkdaşları onu həbs edə biliblər. Bu, Bakı şəhər sakini Xürrəmi Həsənovdur.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov