9 İyul 2015 14:21
682
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Suraxanı rayonunda avtomobilləri yandıran keçmiş məhkum həbs edilib.

Teleqraf.com xəbər verir ki, Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsi, Bakı Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Suraxanı Rayon Polis İdarəsinin 32-i polis bölməsi əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini əvvəllər məhkum olunmuş Fuad Xuduşov tutulub.

O, bu ilin iyulun 3-də Qaraçuxur qəsəbəsində Malik Əliyevə, Oqtay İzətullayevə, Leyla Kərimovaya və “Socar Cape” şirkətinə məxsus avtomobilləri qəsdən yandırıb.

Hacı Zeynalov


Müəllif: