10 İyul 2015 10:04
519

Xaçmaz rayonunda bıçaqlanma hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Dədəli kəndində qeydə alınıb.

Məlumata görə, kənd sakini Zamiq Hacıbalayev bıçaqlanıb. Yaralı Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.
Zamiq Hacıbalayevin həmkəndlisi tərəfindən bıçaqlandığı bildirilir.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: