10 İyul 2015 16:38
568
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunda qadına qarşı soyğunçuluq edilib.

Bu barədə Teleqraf.com-a Binəqədi Rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, naməlum şəxs Ülviyyə Məmmədovaya qarşı soyğunçuluq edib. Həmin şəxs qadının 120 manatını və mobil telefonunu soyğunçuluq yolu ilə alıb.

Ülviyyə Məmmədova soyğunçuluqla üzləşməsi barədə polisə müraciət edib. 5-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən Vüsal Həsənov tutulub.

Faktla bağlı Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: